23:30 04-04-2014
news_image
1729
DÖYÜŞ NÖVLƏRİ

Güləşçimiz finalda ermənini biabır etdi


Sərbəst güləş üzrə Avropa çempionatının 4-cü günündə güləşçilərimiz daha bir qızıl medal qazanıblar. Apasport.az saytının məlumatına görə, 70 kiloqram çəkidə çıxış edən Ruslan Dibirhacıyev finalda erməni güləşçisini biabırçı hesabla məğlub edib.

 

Dibirhacıyev 1/8 finalda Belarus təmsilçisi Anton Afanasyev üzərində 10:2 hesabı ilə qələbə qazanıb.  1/4 finalda güləşçimiz Macarıstan idmançısı İstvan Qulyası 6:2 hesabı ilə məğlub edib. Dibirhacıyev üçün ən çətin görüş yarımfinalda olub. İdmançımız finala çıxmaq üçün Türkiyə təmsilçisi Yakup Görə ilə güləşib. Gərgin görüş 5:4 hesabı ilə Dibirhacıyevin xeyrinə başa çatıb.

 

Həlledici görüşdə güləşçimiz erməni Qriqor Qriqoryanı sınağa çəkib. Rəqibindən xeyli üstün olan Ruslan Dibirhacıyev erməni güləşçisini biabırçı 12:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

 

Xatırladaq ki, bundan əvvəl Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) də qızıl medal qazanıblar.