13:58 07-04-2014
news_image

Gümüşlə qazanılan “üçlük”

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Samsunda keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu olub.

 

Belə ki, Hacıağa Hacıəhmədovun komandasına Türkiyədə yeganə gümüş medalı qazandıran Rüstəm Orucov (73 kq) 3 pillə irəliləməklər, 11-ci yerə yüksəlib. Son yarışlardan inamlı təsir bağışlayan Nicat Şixəlizadə (66 kq) də qabağa gedib. Həmyerlimiz 6-cı pilləni 5-ə dəyişib.

 

Digər cüdoçularımızdan Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) mövqelərini qoruyublar. Təmsilçilərimiz yenə müvafiq olaraq. 10-cu, 14-cü, 8-ci, 1-ci, 8-ci və 14-cü yerdədirlər.

 

İdmançılarımızdan Tərlan Kərimov (66 kq), Tural Səfquliyev (81 kq) və Ramilə Yusubova (63 kq) isə geriləyiblər. Onlar müvafiq olaraq, 57-ci (-1), 38-ci (-4) və 73-cüdür (-2).

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.