08:08 08-04-2014
news_image

Taekvondoçularımız Belçikadan 13 medalla qayıdır

Yeniyetmə taekvondoçular arasında Belçika açıq birinciliyinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi Lommel şəhərində təşkil edilən ənənəvi yarışda 13 medal qazanıb.

Belə ki, Səbuhi Zülfüqarovun başçılıq etdiyi komandada Orxan Tağızadə (+65 kq), Minayə Ələkbərova (29 kq) və Diana Hacıəliyeva (41 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Nicat Musayev (57 kq) gümüş medalla kifayətlənib. Millimizin digər üzvlərindən Bəhruz Quluzadə (33 kq), Nəsən Həsənov (45 kq), Aslan Qasımov (53 kq), Kənan Məmmədli (57 kq), İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq), Aliyə Zeynalova (33 kq), Nərgiz Mehdiyeva (37 kq) və Şəms Əliyeva (51 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, 13 medalla 4-cü pillədə qərarlaşan komandamız vətənə bu gün dönəcək.