23:01 08-04-2014
news_image
896
DİGƏR NÖVLƏR

Olimpiya çempionu qolunu itirə bilər

 

Üzgüçülük üzrə beşqat olimpiya çempionu, avstraliyalı Yan Trop Sidney xəstəxanalarından birinə yerləşdirilib. Apasport.az saytının məlumatına görə, idmançının ciddi infeksiyaya yoluxduğu güman edilir və bu xəstəlik onun qolunu iflic edə bilər.

 

Avstraliyalı üzgüçü İsveçrədə çiynindən əməliyyat olunan zaman infeksiyaya yoluxub. Hazırda Trop intensiv müalicə keçir. Amma həkimlər onun sol qolundan məhrum ola biləcəyi ehtimalının yüksək olduğunu vurğulayırlar.

 

Trop artıq motivasiyası olmaması səbəbindən 2006-cı ildə karyerasını bitirmişdi. O, 2011-ci ildə böyük idmana qayıtmağa cəhd etsə də, 2012-ci ildə Londonda keçirilən Olimpiadaya lisenziya qazana bilməmişdi.

 

Yan Trop beşqat olimpiya və dəfələrlə dünya çempionu, sərbəst üsulla 200, 400 və 800 metr məsafəyə üzgüçülükdə keçmiş dünya rekordçusudur.