23:53 09-04-2014
news_image
591
DİGƏR NÖVLƏR

Şumaxerlə bağlı xoş xəbər

 

 

“Formula-1” yarışı üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhəti düzəlməyə doğru gedir. Apasport.az saytının məlumatına görə, bunu Şumaxerin dostu və “Formula-1”in daha bir keçmiş pilotu Jan Alezi deyib.

 

Alezi bildirib ki, Şumaxer artıq işığa və toxunulmaya reaksiya verir: “Onun gözləri işığa reaksiya verməyə başlayıb. Bədəni isə toxunuşu hiss edir. Məsələn, ona iynə vurulanda ağrı hissi yaranır və bədəni tərpənir. Son ziyarətim zamanı bəzi irəliləyişlər hiss etdim və ailəsinin də rahatlandığını gördüm. Ailəsi xoşbəxtdir. Həyata qayıtması uzun yol olsa da, artıq irəliləyiş var və bu çox gözəldir”.