00:31 11-04-2014
news_image
426
DİGƏR NÖVLƏR

Olimpiya çempionu 18 aylıq diskvalifikasiya olundu

 

 

100 metrə qaçış üzrə keçmiş dünya rekordçusu, yamaykalı Asaf Pauell dopinq qəbul etməsi ilə bağlı diskvalifikasiya edilib. Apasport.az saytının məlumatına görə, dünya və olimpiya çempionu 18 ay müddətinə heç bir yarışda iştirak edə bilməyəcək.

 

Yamayka Antidopinq Mərkəzinin yaydığı açıqlamada bildirilir ki, ötən il keçirilən beynəlxalq yarış zamanı götürülən analiz idmançının qanında qadağan edilən oxiloprin maddəsinin olduğunu göstərib.

 

Sprinter özü isə ona verilən cəza ilə razılaşmır: “Qərar tamamilə ədalətsizdir. Bu komissiyalar ona görə yaradılır ki, qayda pozuntusu zamanı idmançılara daha bir şans verilsin. İndi isə tamamilə başqa situasiyadır. İdmançı kimi icazə verilən qatqıdan (Ephiphany D1) istifadə etmişəm. İndi isə onun tərkibində oxiloprin olduğu üzə çıxıb”.

 

Atletin vəkili qərardan rəsmi qaydada şikayət edəcək.