09:18 11-04-2014
news_image
319
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun ən yaxşısı - FOTO

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Cənubi Afrika Respublikasında (CAR) keçirilən “Mzansi Tour” veloyürüşündə çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı yarışının 2-ci mərhələsində iştirakçılar 159 km məsafə qət ediblər.

 

Heyəti Kristof Şvayzer, Yan Sokol, Metyu Bremmier, Markus Eybeger, Fil Laveri və Konnor Makkonveydən ibarət “Synergy Baku” üzvlərindən 2-ci mərhələdə ən yaxşı göstərici Eybegerə məxsusdur. O, məsafəni 3 saat, 47 dəqiqə, 48 saniyəyə başa vuraraq 8-ci olub. Bu mərhələnin qalibi adını isə yerli “MTN-Qhubeka” komandasının üzvü Luis Meytjes qazanıb – 3 saat, 46 dəqiqə, 8 saniyə.

 

Ümumi sıralanmaya gəlincə, 2-ci mərhələdəki çıxışı Eybegerə 11-ci pilləyə qalxmağa şərait yaradıb. Hazırda o, liderə 2 dəqiqə, 50 saniyə uduzmaqla 11-cidir. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 201 km məsafə qət edəcəklər.

 

Yürüşə sabah yekun vurulacaq.