15:35 11-04-2014
news_image

Ümumdünya Taekvondo Federasiyasının prezidenti Bakıya gəlir

Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıya gələcək. Bu barədə Lent.az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov məlumat verib.

 

Səfərovun sözlərinə görə, Çu Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalosla birgə mayın 1-də Bakıda olacaq. Onlar həmin gün paytaxtımızda start götürəcək Avropa çempionatını izləyəcək və bir sıra rəsmi görüşlər keçirəcəklər.

 

Qeyd edək ki, 4 gün davam edəcək Avropa çempionatı “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.