15:12 12-04-2014
news_image
717
DİGƏR NÖVLƏR

Azərbaycan velosipedçilərindən uğurlu gün - VİDEO

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Cənubi Afrika Respublikasında keçirilən “Mzansi Tour” veloyürüşündə çıxışını davam etdirir. Apasport.az saytının xəbərinə görə, yarışın 3-cü mərhələsi komandamız üçün daha uğurlu alınıb.

 

Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı yarışının bu mərhələsində iştirakçılar 201 km məsafə qət ediblər. “Synergy Baku” üzvlərindən 3-cü mərhələdə ən yaxşı göstərici Yan Sokol, Markus Eybeger və Metyu Bremmierə məxsusdur.
 

Onlar məsafəni liderlə eyni vaxtda - 4 saat, 27 dəqiqə, 17 saniyəyə başa vurublar. Fotofinişə əsasən Sokol 2-ci, Eybeger 6-cı, Bremmier isə 8-ci olub. Ümumi sıralanmaya gəlincə, Markus Eybeger liderdən 2 dəqiqə, 50 saniyə geri qalmaqla 11-cidir. Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 79,5 km məsafə qət edəcəklər.
 

Fransada keçirilən 2.2 kateqoriyalı “Circuit Des Ardennes” veloyürüşünün 173 km-lik birinci mərhələsində isə Maksim Averin və Daniel Klemme finişi liderlə eyni vaxtda keçiblər – 4 saat, 15 dəqiqə, 55 saniyə. Fotofinişə əsasən Averin 5-ci, Klemme isə 10-cu nəticə göstərib.