14:16 14-04-2014
news_image
385
DİGƏR NÖVLƏR

“Ümid” başa çatdı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idman dırmanması üzrə keçirdiyi “Ümid” yarışı sona çatıb. Apasport.az saytının xəbərinə görə, kişi və qadınlar arasında təşkil olunan yarışa 20 komanda qatılıb.

Yekun nəticələrə əsasən Fövqəladə Hallar Nazirliyinin idman komandası birinci, “AMEAST” ikinci, “Qərb Universiteti” isə üçüncü yeri tutub.

Yarışın final mərhələsində qaliblərə diplomlar təqdim olunub.