02:35 15-04-2014
news_image
615
DİGƏR NÖVLƏR

London marafonu: Bir nəfər öldü, bir nəfər İtkin düşdü – İNSİDENT

 

Aprelin 13-də keçirilən ənənəvi London marafonunda iki ciddi insident baş verib. Apasoprt.az saytının məlumatına görə, marafon zamanı bir nəfər ölüb, bir nəfər isə İtkin düşüb.

 

42 yaşlı marafonçu finiş xəttini keçəndən dərhal sonra dünyasını dəyişib. Həkimlər ona kömək etməyə çalışsalar da, idmançının çatdırıldığı klinikada onun öldüyü qeydə alınıb.

 

Ertəsi gün isə məlum olub ki, finiş xəttini 20-ci keçən 24 yaşlı Mami Konnex marafondan dərhal sonra yoxa çıxıb. Polisdən bildirildiyinə görə, Mami Konnexin nə mobil telefonu, nə də Londonda heç bir tanışı olmayıb.

 

Qeyd edək ki, bu il London marafonunda 36 min adam iştirak edib.