08:25 15-04-2014
news_image

Sofiyada ilk qələbə

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilk yarış günündə Azərbaycan idmançılarından yalnız Məsud Yusifzadə (52 kq) rinqə çıxıb.

 

Gənclər arasında Avropa birinciliyinin mükafatçısı yaponiyalı Kantaro Juri üzərində qələbə qazanıb. Həmyerlimiz 1/16 funal mərhələsində Kanada təmsilçsi Adrian Halfordla üz-üzə gələcək.

 

Bu gün isə boksçularımızdan Tayfur Əliyev (56 kq) və Orxan Əliyev (60 kq) rinqə çıxacaqlar. Tayfur yaponiyalı Araşi Morisaka ilə, Orxan isə serbiyalı Florian Saboyla üz-üzə gələcək.

 

Qeyd edək ki, yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışa aprelin 24-də yekun vurulacaq.