09:53 15-04-2014
news_image

AİBA prezidenti: Azərbaycan yığmasını qeyd etməmək olmur

Azərbaycan boksunun inkişafı AİBA-nın diqqətindən yayınmır. Apasport.az saytının xəbərinə görə, bu haqda AİBA prezidenti Çinq-Kuo Vu deyib.

 

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında dünya birinciliyi start götürüb. Yarış öncəsi təşkil olunan mətbuat konfransına qatılan Vu Azərbaycan yığmasını dünya boksunun lider komandalarından biri hesab edib: “Dünya birinciliyinin favoritlərini açıqlamaq istəmirəm. Lakin Rusiya, Qazaxıstan və Azərbaycanı qeyd etməmək olmur. Həmin ölkələr Sofiyaya ən yaxşı boksçuları ilə gəliblər. Buna baxmayaraq, Bolqarıstanın da şansları pis deyil, çünki yaxşı idmançıları var”.

 

Qeyd edək ki, dünən start götürən yarış aprelin 24-də başa çatacaq.