15:59 15-04-2014
news_image

Bolqarıstanda ilk itki

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında təşkil olunan dünya birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə həmyerlilərimizdən rinqə öncə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev çıxıb. Amma idmançımız yaponiyalı Araşi Morisakaya uduzaraq, dünya birinciliyi ilə vidalaşıb.

 

Bu gün Bakı vaxtı ilə 21:15-də daha bir boksçumuz mübarizəyə qoşulacaq. Orxan Əliyev (60 kq) Sofiyada ilk görüşünü serbiyalı Florian Saboya qarşı keçirəcək.

 

Qeyd edək ki, dünya birinciliyi yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.