14:20 16-04-2014
news_image

Daha 3 boksçumuz dünya birinciliyində mübarizəni dayandırdı

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən dünya birinciliyində daha iki idmançımız mübarizəni dayandırıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Tayfur Əliyevin ardınca, Orxan Əliyev də (60 kq) yarışla vidalaşmalı olub. Boksçumuz Serbiya təmsilçisi Florian Saboyla dueldən məğlub ayrılıb – 1:2.

 

Bu gün isə gənc qızlar rinqə çıxıblar. Ancaq Aliyə Vəlizadə (51 kq) və Məryəm Cəbrayılovanın (60 kq) çıxışı uğursuz alınıb. Vəlizadə Tunis nümayəndəsi Amel Çhebbiyə məğlub olub. Cəbrayılova isə bərabər mübarizə şəraitində keçən qarşılaşmada ukraynalı Angelina Bondarenkoya uduzub – 1:2.

 

Günorta proqramında Şamil Əliyev nəyə qadir olduğunu göstərməyə çalışacaq. Milli komandamızın üzvü Bakı vaxtı ilə saat 18:10-da yaponiyalı Ren Umemura ilə üz-üzə gələcək. Axşam proqramında Roman Zakirov (69 kq) dünya birinciliyində ilk görüşünə çıxacaq. Onun rəqibi Macarıstan boksçusu Bernard Barsoni olacaq.