04:43 17-04-2014
news_image
751
DİGƏR NÖVLƏR

Dünyanın ən çox pul alan idmançıları – SİYAHI

 

 

Amerikalı boksçu kiçik Flod Meyvezer dünyanın ən çox pul alan idmançılarının reytinqinə başçılıq edir. Apasport.az saytı məlumatına görə, “ESPN” telekanalının ekspertləri idmançıların ancaq yarışlarda iştirakdan əldə etdikləri vəsaiti hesaba alıblar.

 

Kiçik Meyvezer 2013-cü ildə 73,50 milyon dollar qazanıb. İkinci və üçüncü yerləri futbolçular Kriştiano Ronaldo və Lionel Messi tutur.

 

Dünyanın ən çox pul alan idmançıları:

 

Flod Meyvezer (boks)                     – 73,5 milyon dollar

Kriştianu Ronaldu (futbol)                – 50,2 milyon dollar

Lionel Messi (futbol)                       – 50,1 milyon dollar

Aaron Rocers (Amerika futbolu)       – 40 milyon dollar

Zlatan İbrahimoviç (futbol)                 – 35 milyon dollar

Metyu Stefford (Amerika futbolu)       – 31,5 milyon dollar

Tom Bredli (Amerika futbolu)            – 31 milyon dollar

Kobi Brayn (basketbol)                    – 30,5 milyon dollar

Mett Rayan (Amerika futbolu)           – 30 milyon dollar

Co Flakko (Amerika futbolu)             – 30 milyon dollar