08:10 17-04-2014
news_image

Şamil Əliyevin rəqibi erməni oldu

Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb.

Həmyerlimiz 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyanla üz-üzə gələcək.