13:50 17-04-2014
news_image

Daha bir boksçumuz uduzdu, Yusifzadə ikinci döyüşünə çıxacaq

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında boks üzrə dünya birinciliyində daha bir idmançımız mübarizəni dayandırıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 69 kq çəki dərəcəsində yarışan Roman Zakirov Macarıstan nümayəndəsi Bernard Barsoni ilə dueldən məğlub ayrılıb – 1:2.

 

Bu gün daha 3 boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (52 kq) dünya birinciliyində ikinci döyüşünü keçirəcək. Milli komandamızın üzvü günorta proqramında kanadalı Adrian Halfordla üz-üzə gələcək.

 

Axşam proqramında ilk olaraq, Şükran Mehdiyev (91 kq) öz bacarığını nümayiş etdirəcək. Boksçumuz Norveçi təmsil edən Yonas Soenstebi ilə qarşılaşacaq. Norveç Boks Federasiyası AİBA tərəfindən diskvalifikasiya olunduğundan Soenstebi Avropa Boks Federasiyasının bayrağı altında çıxış edəcək.

 

Superağır çəki dərəcəsində döyüşən Məhəmmədəli Tahirov da dünya birinciliyində ilk görüşünü keçirəcək. Həmyerlimiz litvalı Dovidas Sernasla döyüşəcək.