03:26 18-04-2014
news_image
542
DİGƏR NÖVLƏR

Şumaxerin oğlu ölüm ayağındakı atasının yolunu tutdu

“Formula-1” yarışının əfsanəsi Mixael Şumaxerin həyat uğrunda mübarizə apardığı bir zamanda onun oğlu atasının yolunu davam etdirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 15 yaşlı Mik beynəlxalq kartinq yarışında ilk uğuruna imza atıb.

 

Mik İtaliyanın Kastello şəhərində keçirilən “WSK Super MasterSeries” kartinq seriyasının mərhələlərindən birində finişə ikinci çatıb. Ona Mixail Şumaxerlə kartinq karyerasının əvvəlində işləmiş mexanik Peter Kayzer kömək edir.

 

Mik məşhur atasının soyadından istifadə edərək lazımsız təzyiqə məruz qalmamaq üçün anasının qızlıq soyadı ilə çıxış edir.

 

Mixail Şumaxer hazırda Qrenobl hospitalındadır. O, ağır kəllə-beyin zədəsindən sonra 3 ay komada qalıb. Aprelin əvvəlində həkimlər onu koma vəziyyətindən çıxarmağa başlayıblar. Hazırda onun artıq oyanmaq üzrə olduğu vurğulanır.