21:07 18-04-2014
news_image
464
DİGƏR NÖVLƏR

Useyn Bolt “Real”ın oyunçusuna həsəd apardı

 

“Real Madrid”in futbolçusu Haret Beylin İspaniya kubokunda nümayiş etdirdiyi sürət dünyanın ən sürətli insanının marağına səbəb olub. Apasport.az saytının məlumatına görə, Useyn Bolt istənilən sprinterin Beylə həsəd apara biləcəyini bildirib.

 

Valensiyada keçirilən oyunda Beyl topu meydanın “Real”a aid hissəsində ələ keçirib, “Barselona”nın müdafiəçisi Mark Bartranı ötərək, topu qapıçı Manuel Pintonun ayaqları arasından tora göndərib. Bu qol “Real”a İspaniya kubokunu qazandırıb.

 

Altı dəfə Olimpiya, səkkiz dəfə dünya çempionu olan Bolt bunu “Çox gözəl qol” adlandırıb: “Beyl müdafiəçini keçərək topu qapıya yönəldəndə, fantastik sürət nümayiş etdirdi. Bu sürətə dünyanın istənilən sprinteri həsəd apara bilərdi”.