21:09 20-04-2014
news_image
688
STOLÜSTÜ OYUNLAR

Şəmkirdə I gün: Yalnız Karlsen qələbə qazandı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” turnirində I tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Şəmkirdə təşkil olunan yarışın açılış günündə yalnız bir qələbə qeydə alınıb.

Bu qələbəni dünya şahmat tacının sahibi Maqnus Karlsen qazanıb. Norveçli zəka sahibi həmyerlimiz Şəhriyar Məmmədyarovu məğlub edib.

Digər 2 görüşdə isə qalib müəyyənləşməyib. Teymur Rəcəbov Sergey Karyakinlə (Ukrayna), Hikaru Nakamura (ABŞ) Fabiano Karauna ilə xalları yarı bölüb.

İlk turdan sonra Karlsen 1 xalla vahid liderdir.

Sabah baş tutacaq ikinci turda Rəcəbov Məmmədyarovla, Karauna Karyakinlə, Karlsen Nakamura ilə üz-üzə gələcək.