
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində bu gün II turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə Azərbaycan şahmatçıları - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-birinə rəqib olub. Şahmatçılarımız heç-heçəyə razılaşıblar.
Dünya çempionu Maqnus Karlsen ikinci oyun gününda də qələbə qazanıb. Karlsen bu dəfə amerikalı Hikaru Nakamuranı mat edib. İtaliyalı Fabiano Karuana ilə ukraynalı Sergey Karyakin də matçı 0,5 xalla başa vurublar.
21 aprel
II tur
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 1:0
Fabiano Karuana (İtaliya) - Sergey Karyakin (Ukrayna) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Turnir cədvəli: Karlsen – 2 xal; Karyakin, Rəcəbov, Karuana – 1 xal; Məmmədyarov, Nakamura – 0,5 xal.