17:29 21-04-2014
news_image

Rüfət Hüseynov yarımfinala vəsiqə qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində 1/4 final mərhələsinə start verilib. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb.

Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib – 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq, dünya birinciliyinin medalını özünə təmin edib. Bu gün daha 4 boksçumuz rinqə çıxacaq.

64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)
91 kq: Şükran Mehdiyev – Toni Filipi (Xorvatiya)
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya)