19:16 21-04-2014
news_image
413
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Şəhriyarla görüşümüzün statistikasını bilmirəm

Şahmatçımız Teymur Rəcəbov “Shamkir Chess 2014” turnirində 2-ci turdan sonra mətbuat konfransında partiyaya şərh verib. Apasport.az saytının məlumatına görə, Rəcəbov Şəhriyar Məmmədyarovun partiyaya iti başladığını bildirib: “Qaraların çıxışı sabit idi. Gedişlər pozisiyanı genişləndirirdi. Şəhriyarla bir-birimizə qarşı çox oynamışıq. İlk dəfə Azərbaycan çempionatında üz-üzə gəlmişik. Bir-birimizə qarşı uşaqlıqdan oynayırıq. Statistikanı bilmirəm. Görüşlərin nisbətinin kimin xeyrinə olduğunu heç vaxt saymamışam. Amma hər zaman maraqlı partiyalarımız olub".