01:37 22-04-2014
news_image
320
STOLÜSTÜ OYUNLAR

Hikaru Nakamura Karlsenə məğlubiyyətdən danışdı

“Shamkir Chess 2014” turnirinin 2-ci turunda Maqnus Karlsenə uduzan Hikaru Nakamura mətbuat konfransında məğlubiyyətin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, amerikalı şahmatçı debütdən pis duruma düşdüyünü bildirib: “Çətin vəziyyətdən çıxış tapmaq çətin idi. Statistikadan xəbərim var. Sadəcə oyunum alınmadı. Psixoloji durum burda rol oynamadı. Məğlub olmaq istəmirdim, amma təəssüf ki, uduzdum”.

 

Qeyd edək ki, Nakamura indiyə qədər oynadığı 9 partiyanın hamısında Karlsenə uduzub.