01:43 22-04-2014
news_image
957
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsendən iddialı açıqlama: İstənilən rəqibə qalib gələrəm

“Shamkir Chess 2014” turnirində ardıcıl ikinci qələbəsini qazanan norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında iddialı açıqlama ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, Karlsen özünə inandığını söyləyib.

 

Dünya çempionu Nakamuro ilə partiyada debütdə üstünlük qazandığını deyib: “Sonra vəziyyət daha da yaxşılaşdı. Rəqib artıq çıxış yolu axtarırdı. Ardıcıl ikinci qələbə çox yaxşıdır. Mən artıq rahat oynayıram. Şəmkirdə hər görüşdə qələbə qazanmaq istəyirəm.”

 

Karlsen Hikaru Nakamuranın müsahibəsində özünü turnirdə norveçli şahmatçıya ən ciddi rəqib saymasına qısa cavab verib: "Əgər yaxşı oynasam, hər bir şahmatçını məğlub edə bilərəm. Reytinqimin 2900-a çatmasına gəlincə, gəlin turnirin sonunu gözləyək. Ən son turda xalları və reytinqi sayarıq".