20:43 22-04-2014
news_image
598
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Unutmayaq ki, Maqnus da insandır

“Shamkir Chess 2014” turnirində III turda heç-heçə oynayan Teymur Rəcəbovla Fabiano Karuana mətbuat konfransında jurnalistlərin suallarına cavab veriblər. Apasport.az saytının məlumatına görə, Teymur Rəcəbov oyununu normal qiymətləndirdiyini bildirib. “Nəzərə alsaq ki, keçirdiyim III partiyadan ikisində qaralarla oynamışam. Ümumi nəticə barədə düşünmürəm. Əsas öz oyunumdur. Nəticə barədə turnirin son günündə danışmaq olar. Karlsenlə oyuna necə hazırlaşacağam? Onunla oyuna Anand xüsusi hazırlaşmalıdır. Çünki onların dünya çempionluğu uğrunda matçları var. Mən hər zaman Karlsenə qarşı maksimum oyun nümayiş etdirməyə çalışmışam. Sadəcə hər zaman istədiyim alınmır. Hər halda unutmayaq ki, Maqnus da insandır. O da səhv edə bilər”.

 

Fabiano Karuana isə heç-heçəni oyuna uyğun nəticə kimi dəyərləndirib: “Qaralarla diqqətli oynamağa çalışdım. Müəyyən qədər alındı. İlk turda səhvə yol verdim və qələbəni əldən buraxdım. III turdan sonra nəticəmi qənaətbəxş sayıram. Maqnus Karlsenin liderliyinə gəldikdə, güclü şahmatçıdır. Sadəcə onu da dayandırmaq lazımdır. Daha yaxşı oynamaq və diqqətli hazırlaşmaq tələb olunur”.