20:59 22-04-2014
news_image
434
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen: İkinci dəfə 6 saat mübarizə apardım

Shamkir Chess 2014 turnirində ardıcıl iki qələbə qazanan Maqnus Karlsen III turda Sergey Karyakinlə heç-heçə edib. Apasport.az saytının məlumatın görə, mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Karlsen hesabat turundakı oyunuyla bağlı deyib: “Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq. Mürəkkəb oyun alınmışdı. Sona yaxın daha uğurlu gediş yox idi. Ona görə heç-heçə münasib nəticə oldu. Ardıcıl ikinci dəfə 6 saata yaxın mübarizə apardım. Bu partiyaya görə heç-heçə yaxşı nəticədir”.


Rusiya təmsilçisi Sergey Karyakin isə Maqnus Karlsenlə görüşə 5 saat hazırlaşdığını söyləyib: “Yaxşı başlasam da, 17-ci gedişdən sonra təhlükələr başladı. Karlsen məni məğlubiyyətə sürükləyirdi. Onunla oyuna 5 saat hazırlaşmışdım. Bununla belə, oyun zamanı bəzi gedişləri edəndə çətinlik çəkdim. Heç-heçə normal nəticədir. Fikrimcə növbəti partiya haqda daha ciddi düşünmək lazımdır”.