02:32 23-04-2014
news_image
502
DİGƏR NÖVLƏR

İrqçiliyin son həddi: İtinə “Droqba” adı qoydu...

 

Böyük Britaniyanın populyar “Top Qir” proqramının aparıcısı irqçilikdə ittiham edilir. Apasport.az saytının məlumatına görə, Ceremi Klarkson itinə “Didye Droqba” adı qoyub.

 

Klarkson itinə bu adı qoyduğunu “Tweeter”də belə yayıb. O, terryer cinsindən olan itinin şəklini də yerləşdirərək “Adı Didye Droqbadır” deyə yazıb. Bundan sonra aparıcının ünvanına sərt tənqidlər gəlməyə başlayıb.

 

“Tweeter” istifadəçiləri “İrqçi bir adamdır”, “Atdığı addım irqçilikdir”, “Bu utanc verən hərəkətdir”, “Ceremi Klarksonu çox bəyənirəm, amma atdığı addım səhvdir” kimi mesajlar yazıblar.

 

“Top Qir” aparıcısı isə addımına haqq qazandırmağa çalışıb: “Çox sevdiyim itə bir futbolçunun adını verməyim niyə irqçilik olur?”