11:44 23-04-2014
news_image
474
DİGƏR NÖVLƏR

Nazir: ...sanki Bakıda yaşamırlar

“İdman qurğularının tikintisi ilə əlaqədar ağacların kəsildiyini yazanlar sanki Bakıda yaşamırlar”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, 2015-ci il Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi zamanı heç bir yerdə ağaclar kəsilməyib: “Bakı İdman Oyunları Sarayı, “Crystal Hall”, Su İdman Növləri Sarayı, Stend Atıcılığı, Böyük Şor qəsəbəsindəki Olimpiya stadionu ətrafında hansı ağaclar kəsilib? Əksinə, neft gölməçələri qurudulub. İdman qurğusu ətrafında parklar salınacaq”.

Nazirin sözlərinə görə, belə məlumatlar ya qərəzlidir, ya da qeyri-peşəkar səviyyədə hazırlanıb.