14:07 23-04-2014
news_image
1079
STOLÜSTÜ OYUNLAR

Dünya yığması Azərbaycan millisinə qarşı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində qeyri-adi futbol matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirin təşkilatçıları ölkəmizin şahmatçıları ilə dünya qrossmeysterlərinin yığması arasında yoldaşlıq matçı keçirməyi planlaşdırır.

Bu görüşün aprelin 25-də keçirilməsi nəzərdə tutulub. Lakin yoldaşlıq matçında 2 deyil, 3 komandanın iştirak edəcəyi gözlənilir. Əcnəbi şahmatçılar – dünya çempionu Maqnus Karlsen, Hikaru Nakamura, Sergey Karyakin, Aleksandr Motılyov, Fabiano Karuana və digərləri dünya yığmasında mübarizə aparacaq.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abbasov və başqa bir neçə yerli şahmatçı ölkəmizin yığmasında çıxış edəcək. Təşkilatçılar jurnalistlər, şərhçilər və digər qonaqlardan ibarət komandanı da futbol matçında görmək istəyib. Bu üzdən də matçda 3 komanda iştirak edəcək.