16:59 23-04-2014
news_image
490
STOLÜSTÜ OYUNLAR

“Məmmədyarov hər birimiz üçün qorxulu rəqibdir” - FOTO

"Ötən gün partiya uzun çəkdiyi üçün Şəhriyara qarşı yaxşı hazırlaşa bilmədim. Cəmi 30 dəqiqə hazırlaşmışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı şahmatçı Sergey Karyakin deyib.

 

“Shamkir Chess 2014” turnirinin IV turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla heç-heçə oynayan şimallı qonaq matç haqda fikirlərini açıqlayıb: “Yorğunluq özünü göstərir. Axı bu yarış mənim ardıcıl 3-cü turnirimdir. Uzun çəkən partiyadan sonra normal hazırlaşmaq olmur. Şəmkirdə zəif şahmatçı yoxdu. Bütün turlarda güclü rəqiblərə qarşı oynamaq isə çətindir. Bu üzdən heç-heçə normal nəticədir. Məmmədyarov haqda bir neçə söz demək istərdim. İki məğlubiyyətə baxmayaraq Şəhriyar güclü şahmatçıdır. O, Şəmkirdə hər birimiz üçün qorxulu rəqibdir".

 

Şəhriyar isə qarşıdakı turlarda uğur qazanacağına ümidli olduğunu bildirib: "Nakamurayla görüşdə bu vəziyyətə hazırlaşmışdım. Mən gözlədiyim gedişi Sergey etmədi. Gedişləri təkrarlamamışdım, ona görə yaddan çıxdı. Nəticədə çox maraqlı vəziyyət alındı və sonda heç-heçəyə razılaşdım. Hələlik oyunum o qədər alınmır. Yəqin ki, qarşıdakı turlarda daha yaxşı oyun göstərərəm”.
 

Qeyd edək ki, 4 oyunda 1 xal toplayan Məmmədyarov 6 şahmatçı arasında sonuncu pillədə qərarlaşıb.