20:55 23-04-2014
news_image
581
STOLÜSTÜ OYUNLAR

Nicat Abbasov “B” qrupunun lideri Etyen Bakroyla heç-heçə oynadı

“Shamkir Chess 2014” turnirinin B qrupunda 4-cü turun görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, hesabat turunda B qrupunun lideri Etyen Bakro turnirin ən gənc şahmatçısı Nicat Abbasovla heç-heçə oynayıb.

 

Hər iki şahmatçı partiyadan sonra mətbuat konfransında iştirak edib. Etyen Bakro rəqibi haqda belə deyib: “Çətin vəziyyətə düşmüşdüm. Turnirdə ilk dəfə belə vəziyyətlə rastlaşdım. Heç-heçə o qədər pis nəticə deyil. Şəmkirə qələbə üçün gəlmişəm. Məqsədim B qrupunun qalibi olmaqdır".

 

Azərbaycanlı şahmatçı Nicat Abbasov isə karyerasının ən böyük yarışında hədəflərdən danışıb: “Karyeramın ən böyük yarışında iştirak edirəm. Güclü şahmatçılara qarşı oynamaq məsuliyyətdir. Eyni zamanda təcrübə toplamaq mümkündür. Bakroyla heç-heçə oynamaq yaxşı nəticədir. Stabil oyunum məni sevindirir. Məqsədim mümkün qədər yüksək yerlər tutmaqdır. Uşaq yaşlarında Alyoxinin oyunlarını çox izləmişəm. Sonradan Fişer, Kasparovun partiyalarına maraqla baxmışam. Müasir dövrdə isə Maqnus Karlsenin gözəl oyununu diqqətdə saxlayıram".