13:55 24-04-2014
news_image

Məhəmməd Əli boksçumuzun final yolunu bağladı

Boks üzrə Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya birinciliyində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, komandamız vətənə 2 bürünc medalla qayıdacaq.

 

Belə ki, yarımfinala kimi irəliləyən Rüfət Hüseynovla Məsud Yusifzadə həlledici mərhələyə yüksələ bilməyiblər. 49 kq çəki dərəcəsində mübarizə aparan Hüseynov özbəkistanlı Süleymon Latipova məğlub olub – 0:3.

 

52 kq çəki dərəcəsində rinqə çıxan Yusifzadə isə Böyük Britaniya təmsilçisi Məhəmməd Əliyə uduzaraq, yarışa əlvida deyib.

 

Beləliklə, komandamız dünya birinciliyində 2 bürünc medala sahib olub.