18:57 24-04-2014
news_image
2167
STOLÜSTÜ OYUNLAR

Şəmkirdə şahmat məktəbi açılacaq

 

 

Sabah “Shamkir Chess 2014" turnirinin istirahət günündə Şəmkirdə şahmat məktəbinin açılışı olacaq. Apasport.az saytının məlumatına görə, təntənəli mərasimdə “Shamkir Chess 2014” turnirinin iştirakçıları, “Synergy Group” şirkətinin rəsmiləri və media nümayəndələri iştirak edəcək.

 

Ardınca rapid üzrə dünya çempionu Şəhriyar Məmmədyarov və blits üzrə dünya çempionu Sergey Karyakin Zəka Gənclər Mərkəzində yeniyetmələrə 10 lövhədə seans keçirəcək.

 

Saat 16-da isə 4 komandanın iştirakı ilə futbol turniri keçiriləcək. Yarışda əcnəbi şahmatçılar dünya yığmasında, yerli qrossmeysterlər isə Azərbaycan millisinin heyətində çıxış edəcək. Bundan əlavə futbol turnirində təşkilatçı "Synergy Group" əməkdaşlarından ibarət komanda, eləcə də jurnalistlərin komandası mübarizə aparacaq.