19:21 24-04-2014
news_image
596
STOLÜSTÜ OYUNLAR

Həmid Məmmədyarov: "Shamkir Chess 2014" Veyk-An-Zeedən yüksək səviyyədə keçirilir

 

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov "Shamkir Chess 2014" turnirinin rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, turnirin təşkilatçılığını yüksək qiymətləndirib: "Şəmkirə gəlməyim 3-cü tura təsadüf etdi. İnanın, gördüyümdən təəccübləndim. Şəmkirdə yaradılan şərait hətta nüfuzlu Veyk-An-Zee turnirindən yüksəkdir. Şahmatçıların istədikləri bütün şərtlər yerinə yetirilib. Sadəcə şahmat oynamaq lazımdır. Azərbaycanda şahmat üzrə keçirilən ən böyük turnirdir. Arzum odur ki, yarış ənənəvi olsun. Oğlum Şəhriyarın çıxışına gəldikdə, doğma meydanda mübarizə aparmaq hər zaman məsuliyyətdir. Ona görə bir qədər çətindir. İnanıram ki, son turları daha yaxşı səviyyədə keçirəcək".