19:29 24-04-2014
news_image
433
STOLÜSTÜ OYUNLAR

Sergey Karyakin: Hər bir şahmatçının qələbə şansları bərabərdir

 

"Shamkir Chess 2014" turnirinin V turunda heç-heçə oynayan Sergey Karyakinlə Hikaru Nakamura mətbuat konfransında jurnalistlərin suallarına cavab veriblər. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi Sergey Karyakin heç-heçənin ədalətli nəticə olduğunu deyib: "Düzü partiyada risk yox idi. Məhz buna görə heç-heçə hiss olunurdu. Mürəkkəb pozisiya idi. Heç-heçə əhvalımı korlamır. 5 tur arxada qaldı. Nəzərə alaq ki, heç bir şahmatçı 3 qələbə qazanmayıb. Xal fərqi azdır. Məhz buna görə də, turnirdə iştirak edən hər bir şahmatçının qələbə şansları var. İstirahət günündən sonra yenidən şahmata qayıdacağıq. Sona qədər mübarizə aparmaq fikrindəyəm".

 

Hikaru Nakamura isə ümumilikdə 5 turdan sonra öz çıxışını normal qiymətləndirib: "Karyakinlə partiyada bir neçə gediş təkrarlandı. Heç-heçə qaçılmaz idi. Başqa çıxış yolu yox idi. 5 turda 3 dəfə ağlarla oynamışam. Fikrimcə turnirin qalibi olmağa şanslarım real görünür. Ona görə həvəsdən düşmürəm. İkinci dövrə daha maraqlı olacaq. Şəmkir turnirində qələbə qazanmaq özümdən asılıdır. İkinci dövrədə daha az səhv etməyə çalışacam".