20:05 25-04-2014
news_image
1891
DÖYÜŞ NÖVLƏRİ

Bürünc də olmadı

Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü daha 2 həmyerlimiz tatamiyə çıxacaq.

 

Kişilər

73 kq

İlk görüşdən azad olan Rüstəm Orucov 1/16 final mərhələsində moldovalı İqor Soroka ilə güləşib. O, rəqibini tatamiyə çıxmağa peşman edərək, cəmi 16 saniyəyə təmiz qələbə qazanıb.

Cüdoçumuz ikinci görüşündə Sergey Drebotla (Ukrayna) üz-üzə gəlib. Orucov bu rəqibini də mübarizədən kənarlaşdırmaqda çətinlik çəkməyib və 1/4 finala vəsiqə qazanıb.

Həmyerlimizin yarımfinala gedən yolda hollandiyalı Deks Elmontla qüvvəsini sınayıb və bu dəfə özü ippona düşüb.

Məğlubiyyətə baxmayaraq, Orucov təsəlliverici görüşlərə qatılıb. O, öncə Enriko Parlati (İtaliya) ilə gücünü yoxlayayıb və qalib gəlib. Bürünc uğrunda görüşdə isə sloveniyalı Rok Draksiçə uduzaraq, beşinci yerlə kifayətlənməli olub. 
 

81 kq

Orucov kimi Məmmədəli Mehdiyev də Monpelyedə 1/16 finada debüt edib. Həmyerlimiz yunanıstanlı Aleksios Ntanatsidislə gücünü yoxlayıb və ipponla qalib gəlib.
 

Mehdiyev 1/8 finalda macarıstanlı Şabolj Krijanla güləşib. Təmsilçimiz ilk görüşündəki uğurunu təkrarlaya bilməyindən, məğlubiyyətə üzülüb.
 

Qeyd edək ki, Fransaya 10 idmançı ilə yollanan Azərbaycan millisinin artıq 4 cüdoçusu çıxışını başa vurub. Onlardan yalnız İlqar Müşkiyev (60 kq) bürünc medal qazanıb. Digər 4 idmançımız isə sabah qüvvəsini sınayacaq.