00:04 26-04-2014
news_image
921
DİGƏR NÖVLƏR

Təkzib: Şumaxer ayılmayıb - YENİLƏNİB

 

“Formula-1” yarışı üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin vəziyyətinin yaxşılaşmağa doğru getdiyi və onun ayıldığı ilə bağlı xəbər təkzib olinub. Apasport.az saytının məlumatına görə, bundan əvvəl pilotun meneceri Sabina Kemin Şumaxerin komadan ayıldığını və hətta həyat yoldaşını tanıdığını bildirdiyi iddia olunurdu.

 

Xəbərdən az sonra "Bild" qəzetinin əməkdaşı Nikol Pol təkziblə çıxış edib: "Şumaxer ayılıb? Bağışlayın, amma bu xəbər doğru deyil. İndicə Sabina Kem mənə SMS göndərib ki, Şumaxerin komadan çıxdığı ilə bağlı heç kimə bir söz deməyib!"

 

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü il dekabrın 29-də Fransanın Alp dağlarında xizək sürərkən yıxılıb və ağır beyin zədəsi alıb. Onun komaya düşməsindən 4 ay keçir. O, iki dəfə cərrahiyyə əməliyyatına məruz qalıb.