10:10 26-04-2014
news_image
1806
DÖYÜŞ NÖVLƏRİ

Vladimir Kliçko döyüşə çıxır - VİDEO

Ukraynalı peşəkar boksçu bu gün öz titulunu qorumaq üçün samoa mənşəli avstraliyalı Aleks Leapai ilə qarşılaşacaq. Apasport.az saytının xəbərinə görə, görüş Almaniyanın Oberhauzen şəhərində baş tutacaq.

34 yaşlı Leapai karyerası ərzində 37 dəfə peşəkar boksçu kimi rinqə çıxıb. Bunlardan 24-ü nokaut olmaqla 30-da qələbə qazanıb. 38 yaşlı Kliçko isə IBF, IBO, WBO və WBA versiyaları üzrə ağır çəkililər arasında dünya çempionudur. Bu onun peşəkar rinqdə 65-ci döyüşü olacaq.

Qeyd edək ki, tərəflərin rinqdə qarşıdurması gecə radələrində olacaq.