18:04 26-04-2014
news_image
935
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Karlsenlə bacarmadı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində VI tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, baş tutan 3 görüşdən ikisində bərabərlik qeydə alınıb.

 

Fabiano Karuana Hikaru Nakamura, Teymur Rəcəbov isə Sergey Karyakinlə xalları yarı bölüb. Yeganə qələbəni Maqnus Karlsen həmyerlimiz Şəhriyar Məmmədyarov üzərində qazanıb.

 

VI turdan sonra Rəcəbovla Karlsen 3,5 xal toplayıb. Karuana, Karyakin və Nakamuranın 3, Məmmədyarovun isə 2 xalı var.