19:45 28-04-2014
news_image
895
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov və Rəcəbov uduzdular, Karlsen bərabərliyə razılaşdı

Bu gün Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti turun matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, VIII oyun günündə Azərbaycan şahmatçılarını ciddi sınaq gözləyib.

 

Teymur Rəcəbov Fabiano Karuana ilə görüşdə məğlub olub. Qrossmeysterimiz qara fiqurlarla oynayıb.

 

Şəhriyar Məmmədyarov isə sonuncu pillədən yaxa qurtarmaq üçün şahmat taxtası arxasına keçib. Amma şahmatçımız növbəti dəfə masa arxasından məğlub ayrılıb sə sonuncu pilləni tərk edə bilməyib.

 

 

VIII tur

Maqnus Karlsen - Sergey Karyakin - 0,5:0,5

Fabiano Karuana - Teymur Rəcəbov - 1:0

Şəhriyar Məmmədyarov - Hikaru Nakamura - 0:1

 

Turnir cədvəli: Karlsen 5 xal; Karuana 4,5 xal; Rəcəbov, Karyakin, Nakamura 4 xal; Məmmədyarov 2,5 xal.