16:57 28-04-2014
news_image

Güləş çempionatında kütləvi dava: Osetinlərlə dağıstanlılar dalaşdılar - VİDEO

Sərbəst güləş üzrə gənclər arasında Rusiya çempionatında kütləvi dava düşüb. Lent.az-ın məlumatına görə, hadisə Rusiyanın Soçi şəhərindəki “Adler Arena” idman kompleksində baş verib.

 

Toqquşmada Osetiya və Dağıstanı təmsil edən komandalar iştirak ediblər. Soçi polisi insidentlə bağlı araşdırmalara başlayıb. Münaqişə nəticəsində zərərçəkənin olmadığı bildirilir.