23:49 28-04-2014
news_image
349
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun Fransada möhtəşəm uğuru

 

 

Fransada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşünün 4-cü mərhələsi “Synergy Baku“ üçün möhtəşəm nailiyyətlə yadda qalıb. Apasport.az saytının məlumatına görə, 22 komandanın mübarizə apardığı yarışın 189 km-lik bu bölümü komandamızın üzvü Markus Eybegerin parlaq qələbəsi ilə əlamətdar olub.

 

Təmsilçimiz məsafəni 4 saat, 53 dəqiqə, 30 saniyəyə başa vurmaqla bütün rəqiblərini qabaqlayıb və finişi birinci keçib. Bu nəticə Eybegerin ümumi sıralanmada irəliləməsinə də şərait yaradıb. Hazırda velosipedçimiz 4 mərhələnin yekununa əsasən 7-cidir. Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169,9 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, Markus Eybeger mayın 7-11-də keçiriləcək “Tour d’Azerbaidjan-2014” veloyürüşündə də çıxış edəcək.