21:04 29-04-2014
news_image
1315
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovun növbəti məğlubiyyəti, Rəcəbov Karlsenlə sülhə razılaşdı

Bu gün Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə IX turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin qalibi adının müəyyənləşməsi son tura qalıb.

 

Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov növbəti dəfə masa arxasından məğlub ayrılıb. Bu məğlubiyyətdən sonra Məmmədyarovun turniri son pillədə başa vuracağı dəqiqləşib. Teymur Rəcəbov isə dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. Artıq son turda qalib gəlsə belə, Rəcəbovun da turnirdə qalib gəlmək şansları yoxdur. 

 

IX tur

Fabiano Karuana - Şəhriyar Məmmədyarov - 1:0

Teymur Rəcəbov - Maqnus Karlsen - 0,5:0,5

Sergey Karyakin - Hikaru Nakamura - 0,5:0,5

 

Turnir cədvəli: Karlsen, Karuana - 5,5 xal;  Karyakin, Nakamura, Rəcəbov - 4,5; Məmmədyarov - 2,5.