19:07 29-04-2014
news_image
473
STOLÜSTÜ OYUNLAR

Sergey Karyakin: Mənə heç-heçələr şahı deməyə tələsməyin


“Shamkir Chess 2014” turnirinin 9-cu turunda heç-heçə oynayan Sergey Karyakinlə Hikaru Nakamura jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, Sergey Karyakin ardıcıl 9-cu heç-heçəni belə izah edib: "Debütdən gözdən qaçırdığım gedişlər oldu. İstədiyim pozisiyanı görmədim. Əmin olmadığım gedişləri etmək istəmədim. İddiaçılar turnirinə hazırlığı bu yarışda göstərməyə çalışdım. Aronyana hazırlaşdığım taktikadan Nakamuraya qarşı istifadə etməyə səy göstərdim. İdeyalarımı tətbiq etmək mümkün olmadı. Mənə heç-heçələr şahı deməyə tələsməyin. Qarşıda son tur var. Hər şey ola bilər. Əgər “Shamkir Chess 2015” keçirilsə, böyük məmnuniyyətlə orada iştirak edərəm".

Hikaru Nakamura isə debütdən üstünlük qazandığını dedi: "Debütdən üstünlük qazandım, amma istifadə edə bilmədim. Üstünlüyü genişləndirmək imkanım olmadı. Rəqib daha yaxşı oynadı. Bir neçə söz Vüqar Həşimov haqda demək istəyirəm. Vüqar mehriban və həyatsevər insan idi. Hətta uduzanda belə gülürdü. Onun adına belə yüksək yarışın keçirilməsi alqışlanmalıdır. Əgər gələn il yenidən bu turnirdən dəvət alsam böyük məmnuniyyətlə iştiraka razılıq verəcəm".