10:45 30-04-2014
news_image

WTF prezidenti: Azərbaycan taekvondo ailəsinin çox qiymətli üzvüdür

Azərbaycan taekvondosunun inkişafı Ümumdünya Taekvondo Federasiyasının (WTF) diqqətindən yayınmır. Apasport.az saytının məlumatına görə, bu barədə WTF prezidenti Çunqvon Çu Bakıda keçiriləcək Avropa çempionatı öncəsi açıqlama verib.

 

O bildirib ki, Azərbaycan WTF-in ən dəyərli üzvlərindəndir: “Azərbaycan taekvondo ailəsinin çox qiymətli üzvüdür və əsas taekvondo hadisələrinə ev sahibliyi etməkdə çox təcrübəli ölkələrdən biridir. 2005-ci ildə Ümumdünya Taekvondo Birliyi ilk mərkəzlərindən birini burada açıb. Bu ölkə parataekvondo üzrə ilk dünya çempionatına da ev sahibliyi edib”.

 

Qeyd edək ki, mayın 1-4-də keçiriləcək Avropa çempionatını Çu canlı izləyəcək.