22:16 30-04-2014
news_image
700
STOLÜSTÜ OYUNLAR

Ruslan Ponamaryov: Vüqarla oynaya bilməyəcəyimə çox məyus oluram... - MÜSAHİBƏ

Ukraynalı şahmatçı Ruslan Ponamaryov "Shamkir Chess 2014" turniri ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, şahmatçı Vüqar Həşimovla bağlı xatirələrini də bölüşüb.

 

 

- Vüqar Həşimovun xatirə turnirini izləyirsinizmi? Turnir haqqında fikirlərinizi bizimlə bölüşün.

 

- Əlbəttə ki, hər bir mötəbər turnir kimi, sözügedən yarışı da izləyirəm. Və deyim ki, turnir maraqlı hadisələrlə yadda qaldı. Məsələn, dünya çempionun dalbadal iki dəfə uduzmasını görmək tez-tez müşahidə olunan hal deyil.  Ancaq düşünürəm ki, bəzi çatışmayan məqamlar var idi. Məsələn, klassik şahmatdan əlavə, blits turnirini də görmək xoş olardı. Xüsusilə də, nəzərə alsaq ki, Sərxan blitsi çox yaxşı bacarır və qardaşı Vüqara həsr olunan turnirdə onun oyununu seyr etmək çox maraqlı olardı.

 

- Turnir ənənəvi hal alsa, iştirak etmək istərdinizmi?
 

- Bu cür turnirin ənənə halını alması çox yaxşı olardı. Biz bununla hər il Vüqarı xatırlaya, ona öz ehtiramımızı bildirə bilərik... Əlbəttə ki, böyük məmnuniyyətlə iştirak edərdim.

 

- Şəxsən sizin üçün Vüqar Həşimov adı nə bildirir? Onunla bağlı xatirələriniz bizimləpaylaşın. 
 

- Güman ki, Vüqarın adı çəkiləndə ilk ağlıma gələn, onunla birlikdə keçirdiyimiz son turnir olacaq - Pekində Dünya İntellektual Oyunlarından dərhal sonra, 2011-ci ilin dekabrı - 2012-ci ilin yanvar aylarında keçirilən Bask-sistemi turnirindəki görüşümüz. Hər iki turnir zamanı asudə vaxtımızı çox vaxt dost-tanışlarımız keçirirdik, elə Vüqarın qardaşı Sərxanla da birgə olurduq. Axşam yeməklərinə birgə çıxır, rəqs edirdik, karaokelərə gedirdik, əyləncəli vaxt keçirirdik. Bunun Vüqarla keçirdiyimiz son dəfə olduğu ağlıma da gəlməzdi. Sonradan onun səhhəti ilə problemləri olduğunu eşitdim, ancaq düzü ciddi olduğunu düşünməmişdim. Sadəcə, bir müddət şahmat lövhəsindən ayrı düşəcəyini zənn etmişdim. Vəfat etdiyini öyrənəndə şok olmuşdum. Mənə görə, o ən böyük mücadiləni lövhədən kənarda, real həyatda, sağ qalmaq uğrunda verib. Axı o, heç kimin diqqətini çəkmədən, kömək istəmədən, ən ağır döyüşünü tək başına qazanmağa çalışıb. Ancaq lövhə arxasında onun aqressiv oyun tərzini heç vaxt unutmayacağam, xüsusilə də qaralarla Benonisini. Həqiqətən də, onunla bir daha oynaya bilməyəcəyim üçün çox məyus oluram...