09:21 01-05-2014
news_image
800
STOLÜSTÜ OYUNLAR

“Shamkir Chess-2014”: Karlsenlə Elyanov Azərbaycandan qalib kimi qayıdır - FOTOSESSİYA

“Shamkir Chess-2014” turnirinin rəsmi bağlanış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədovla Faiq Həsənov, eləcə də, təşkilatçı “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov yarışın yüksək səviyyədə keçirildiyini vurğulamaqla yanaşı, turnirin şahmatın təbliğində rolu barədə danışıb.

 

Daha sonra mərhum şahmatçımız Vüqar Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb, onun vətənpərvər insan olduğu söylənilib. Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi deyilib.

Mükafatlandırma mərasimində “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov Kuboku A və B turnirinin qalibləri müvafiq olaraq, norveçli Maqnus Karlsenlə ukraynalı Pavel Elyanova təqdim edib.

Qeyd edək ki, turnirin medalları Almaniya, kuboklar isə Türkiyədən sifariş olunub.