13:47 01-05-2014
news_image
1882
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatı: İlk günü medalsız başa vurduq - YENİLƏNİB

Bu gün Bakıda taekvondo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə yığmamızın 4 idmançısı gücünü yoxlayıb. Lakin onların heç biri mükafatçılar sırasına düşə bilməyib.

 

Kişilər

54 kq

İlk mərhələdən azad olan Mikayıl Əliyev birinci görüşündə Martin Atanasovla (Bolqarıstan) üz-üzə gəlib. Qarşılaşma həmyerlimiz üçün uğurlu alınmayıb və rəqib qələbəyə sevinib.

 

+87 kq

Yığmamızın ağır çəkili üzvü Ceyhun Həsənlinin Avropa çempionatında debütü uğurlu alınmayıb. Təmsilçimiz ilk döyüşdəcə məğlubiyyət acısı yaşayıb. Həsənli xorvatiyalı Vedran Qoleçə 5:9 hesabı ilə uduzub.

 

Qadınlar

46 kq

Türkanə Tahirlinin də ilk qarşılaşması məğlubiyyətlə başa çatıb. Həmyerlimiz macarıstanlı Barbara Duç bacarmayaraq, Avropa çempionatına vaxtından əvvəl vida edib.

 

62 kq

Millimizin medal ümidlərindən olan Səbinə Mikayılova debütdə özünü yaxşı tərəfdən göstərə bilməyib. Taekvondoçumuz Diana Vazquezlə (İspaniya) döyüşünü məğlub başa vurub.

 

Qeyd edək ki, Azərbaycan millisi 4 gün davam edəcək Avropa çempionatında tam heyətlə təmsil olunur.